HP ucuz monoblok satacaq

26 İyun 2013 22:42
HP şirkəti dünən Slate 21 AIO monoblokunu təqdim edib.

Bəlkə də bu, HP-nin bazar tendensiyasına qarşı özünəməxsus cavabıdır. Belə ki, analitiklərin proqnozuna əsasən, ənənəvi FK satışlarının həcmi azalacaq və planşetlərdə isə əksinə, artacaq.

Bununla belə, Slate 21 All one monobloku planşetə bir o qədər də oxşar deyil: kifayət qədər qalın və ağırdır.

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğunun texniki xüsusiyyətləri haqqında ətraflı məlumat verilməyib.

HP şirkəti prosessor qismində dördnüvəli Nvidia Tegra 4 çipini tətbiq edib. Qurğu Android 4.2 versiyası ilə işləyəcək, Google Play tətbiq mağazasına girişə malikdir.
Yeniliyin satışlarına ABŞ-da sentyabrda başlanılacaq. Qiyməti 400 dollar təşkil edəcək.

Milli.Az