İki "div" birləşir

25 İyun 2013 21:39
Milli.Az ICTnews-a istinadən bildirir ki, bu proqram çərçivəsində Microsoft-un bulud məhsulları Oracle şirkətinin flaqman məhsulları, o cümlədən Oracle Database və Java əlavələri Windows Azure ilə uyğunlaşdırılacaqlar.

"Biz Oracle şirkəti ilə yeni və daha konstruktiv istiqamətdə işləməyə şadıq. Bizim tərəfdaşlığımız istənilən ölçülü və fəaliyyət növü ilə məşğul olan şirkətlərlə işləməyi nəzərdə tutur", - deyə Microsoftun rəhbəri Stiv Balmer deyib.

Analitiklər qeyd edirlər ki, Google, Amazon.com, Salesforce.com və digər gənc rəqib şirkətlər inkişaf etdikcə Microsoft və Oracle şirkətləri daha çox güzəştə gedirlər. Bununla yanaşı, Microsoft destkop məhsullarının satışlarının azalmasına məruz qalıb və bunun qarşısını digər istiqamətləri inkişaf etdirməklə kompensasiya etməyə çalışır. Oracle isə daha çox məhsullarını yazılma modelinə keçirməyə çalışır.

Oracle artıq bəyan edib ki, bir sıra məhsullarında Windows Azure-dan və Hyper-V hipervizotundan istifadə edəcək. Oracle həmçinin istifadəçilərinə Windows Azure əsasında olan məhsullarından cari lisenziya ilə işləməyə icazə verəcək.

Hər iki şirkət mövcud Microsoft SQL Server 2012 R2 və Oracle Database 12c məlumat bazalarının idarə edilməsi sistemlərinin inkişaf etdirilməsindən imtina etmək niyyətində deyil. IDC-nin analitiklərinin hesablamalarına görə, Oracle korporasiyası hazırda kommersiya məlumat bazaları bazarının 45%-ni, Microsoft 20%, IBM - 18%-ni əhatə edir.

Ötən ilin nəticələrinə əsasən, kommersiya məlumat bazalarının idarə edilməsi sistemlərindən əldə edilən gəlirin həcmi 28,2 milyard dollar təşkil edir.

Microsoft bildirib ki, öz buludu çərçivəsində Oracle Linux və Oracle WebLogic Serveri dəstəkləmək niyyətində olduğunu bildirib. Eyni zamanda, Azureda Javanın 100% dəstəklənməsi nəzərdə tutulub.
Oracle həmprezidentlərindən biri Mark Herd qeyd edib ki, yeni Oracle Fusion Applications seçilmiş PaaS-servisləri və Microsoft buludunu dəstəkləyəcək.

Hər iki şirkət, tərəfdaşlığın onların hər birisinə ildə 1 milyard dollar mədaxil əldə etməyə imkan verəcəyinə ümid edir.

Milli.Az