Bakıda səfirliyin önündə böyük tıxac: 4 maşın əzildi

25 İyun 2013 12:12
Bu gün saat 11:20 radələrində Bakıxanov küçəsi, 17 ünvanında, Rusiya səfirliyinin qarşısında zəncirvarı yol qəzası baş verib. Anspress-in məlumatına görə, qəza nəticəsində 4 avtomobil əzilib.

Belə ki, "Mercedes-C Class" markalı avtomobil qarşıda gedən "Porsche" markalı maşına çırpılıb. Daha sonra 2 "Jeep"ə dəyib. Qəza nəticəsində avtomobillər əzilsə də, xoşbəxtlikdən xəsarət alan olmayıb. Nəticədə yolda avtomobillərin hərəkəti iflic olub.

Milli.Az