Adidas-ın sabiq sahibi həbs olundu

24 İyun 2013 18:49
Milli.Az Agence France-Presse-ə istinadən bildirir ki, Tapi polisdə Beynəlxalq Valyuta Fondunun (BVF) indiki icraçı direktoru Kristin Laqardın işindəki iştirakla bağlı ifadə verməlidir.

Laqard 2007-2011-ci illərdə Fransanın maliyyə naziri olub.

"Prokurorluq indiyədək mənə qarşı dəfələrlə ittihamla çıxış edib. Məni dəfələrlə tutublar. Lakin indiyədək bir dəfə də günahım sübut olunmayıb. Əminəm ki, budəfəki iddialar da puç çıxacaq", - fransız milyarder deyib.

"Tapi işi" Fransada illərdən bəri davam edir.
O, 1993-cü ildə "Adidas"dakı payını satıb, sonra sövdələşmədə vasitəçilik etmiş "Credit Lyonnais" dövldət bankını yalançılıqda suçlayaraq məhkəməyə üz tutub, təzminat tələb edib.

2008-ci ildə Ali Arbitraj Məhkəməsi Tapinin tərəfini tutaraq dövlət büdcəsindən ona 400 milyon avro məbləğində təzminatın ödənməsi ilə bağlı qərar verib.

İstintaqın fikrincə, bu qərar o vaxtkı maliyyə naziri Kristin Laqardın təzyiqi ilə qəbul olunub, nazirin katibi Stefan Rişar da vasitəçilik edibmiş.

Kristin Laqard iddiaları qətiyyətlə rədd edib.

Milli.Az