Kalaşnikovun ayağına təyyarə yolladılar
23 İyun 2013 17:27
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bunun üçün Rusiya FHN İjevskə İl-76 təyyarəsi göndərib. İdarənin rəsmi nümayəndəsi İrina Rossius deyib: "Zərurət səbəbindən həkimlər belə qərara gəldilər ki, Mixail Timofeyeviçi Moskva klinikalarından birinə müayinəyə göndərsinlər".
Təyyarə xüsusi tibbi modul və gərəkli tibbi aparatura ilə təchiz olunub. "Uçuşda əfsanəvi konstruktoru FHN-in ən yaxşı həkimləri müşayiət edəcək və daim onun səhhətini nəzarət altında saxlayacaqlar", - Rossius bildirib.
Mayın 17-də 93 yaşlı konstruktor Udmurtiyanın Respublika kliniki-diaqnoz mərkəzinin kardiologiya bölməsinə yerləşdirilmişdi. Müayinə edildikdən sonra, mayın 30-da evə yazılmışdı. Belə müayinələrdən Kalaşnikov ildə bir neçə dəfə keçir.
Milli.Az