Amerikada aviareyslər ləğv olundu

22 İyun 2013 14:32
ABŞ-ın "Southwest Airlines" aviaşirkəti ötən gün ən azı 250 təyyarə reysini ləğv edib. Bu barədə APA xarici mediaya istinadən məlumat verib.

Bu gün ləğv edilmiş reyslər yenidən bərpa edilib. "Southwest Airlines" şirkətinin nümayəndəsi Bred Houkinsin (Brad Hawkins) sözlərinə görə, reyslərin ləğvi şirkətin kompüter sistemində yaranmış nasazlıqla bağlı olub. Kompüterlərdə yaranmış problemlərə görə şirkət sərnişinləri qeyd edə, enmə talonlarını çap edə və hava gəmilərinin çəkisini yoxlaya bilməyib. Nasazlığa görə ABŞ-ın Qərb sahilində uçuşa bütün reyslər ləğv edilib.

Agentliyin məlumatına görə, problemin aradan qaldırmasına baxmayaraq, yeni reyslərin də ləğvi mümkündür.

Aviaşirkətin təyyarələri gündə təxminən 3,4 min reys yerinə yetirir.

Milli.Az