Röya Ayxan: "Keçmiş hisslərimi format etsin..."

22 İyun 2013 09:30
Milli.Az xəbər verir ki, tanınmış estrada müğənnisi Röya Ayxanın ifasında qısa zamanda hitə çevrilmiş "Biri lazım" bəstəsi yerli radio dalğalarında təqdim olunan Top 10-larda birinciliyini heç bir mahnı ilə paylaşmır.

Mahnının sevilməsində əsas səbəb, nəqarətinin müasir ifadələrdən ibarət olmasıdır: "Eşq lazım, biri lazım, onu mənə ömürlük yad etsin. Eşq lazım, biri lazım, keçmiş hisslərimi format etsin".

Məlumat üçün bildirək ki, söz və musiqisi Üzeyir Cabbarova məxsus olan "Biri lazım"ın aranjmanını Bəxtiyar Həsənov edib.

Röyanın yayın hiti kimi üzə çıxardığı mahnıya klip çəkdirəcəyi də istisna edilmir.

Şahin Cavadsoy
Milli.Az