Oksana Rəsulova: "Şəxsi həyatımda..." - MÜSAHİBƏ
21 İyun 2013 09:30
Rəqqasə Oksana Rəsulovanın Milli.Az-a müsahibəsi
- Oksana Rəsulova neçə ildir ki, rəqqasədir?
- Çoxdan, səkkiz yaşımdan mən rəqs edirəm. İyirmi iki ildir ki, mən rəqqasəyəm.
- Məşhur olmadan öncə harada çalışırdınız?
-
Mən əvvəllər həkim kimi fəaliyyət göstərmişəm. Rusiyada qadın həkimi
idim, 1999-cu ildən başlayaraq artıq böyük səhnələrdə çıxış etməyə
başladım, rəqqasə kimi.
- Hindistanda təhsil aldınız, oraya gedəndən sonra özünüzü peşəkar hesab etdiniz, yoxsa necə?
-
Mən Hindistana rəqs məktəbində oxumaq üçün getməmişdim. Mən Bollivudda
aktyorluq dərsləri aldım və fərqlənmə ilə bitirdim, diplomum da var.
- Oksana Rəsulovanı artıq Hindistanda tanıyacaqlar?
- Düşünürəm ki, Madxuri Dikşıtın müsahibəsindən sonra bəli, məni Hindistanda tanıya bilərlər və hətta tanıyırlar da.
- Sizdən başqa varmı peşəkar hind rəqslərin ifaçısı?
-
Əgər söhbət əsl peşəkardan gedirsə, xeyr, yoxdur. Mən iştirak etdiyim
beynəlxalq müsabiqələrdə heç bir həmkarımı görməmişəm. Mən Azərbaycanı
təmsil etmişəm və birincilik əldə etmişəm. Yaxşı rəqqasələr var, amma
söhbət hind rəqsləri üzrə peşəkar rəqqasədən gedirsə, mən yeganə
rəqqasəyəm.
- Məşhur aktrisa və rəqqasə Madxuri Dikşıt ilə Oksana Rəsulovanı nə bağlayır?
-
O mənim hər zaman mənəvi müəlliməm olub. Mən həmişə ona baxıb rəqs
etmişəm. Mənim üçün o çox böyük bir insandır. Bir qadın kimi, rəqqasə
kimi, aktrisa kimi mən onu nömrə bir hesab edirəm. Mən hər bir şeydə
ondan örnək götürürəm. Onun dediyi bir misal yadıma düşdü. Madxuri
deyirdi ki, dünyada neçə cür dil var ki, insanlar bir-birlərini başa
düşə bilmirlər. Yeganə dil rəqs dilidir, hind rəqs dilidir ki, onunla
müxtəlif ölkələrin nümayəndələri bir-birlərini anlaya bilərlər.
- Bir müddət şəxsi həyatınız ilə gündəmdə idiniz, hal-hazırda bu "cəbhədə" nə yeniliklər var?
- Şəxsi həyatımda bir yenilik yoxdur. Bu qədər.
- Bir daha ailə qurmayacam deyə müsahibə vermisiz, hələ də bu fikirdəsiniz?
- Bəli, hələ də bu fikrimdəyəm.
- Xəbəriniz var indi Elşad Xosedən?
- Xeyr, xəbərim yoxdur, o vaxtdan mən onu görməmişəm. Heç marağında da deyiləm. Nə edir, nə ilə məşğuldur - özü bilər.
- Sosial şəbəkələrdən tez-tez istifadə edirsiniz?
-
Bəli, sosial şəbəkələrdə çox aktivəm, xüsusən də İnstagram-da.
Fan-səhifəmi izləyirəm, xoşuma gəlir mənim fanlarımın mənə yazdığı
sözlər, göndərdikləri video və şəkillər. Təşəkkür edirəm onlara, yeri
gəlmişkən.
- Yeni mövsümdə Oksanadan nələr gözləyək? Nə kimi yeniliklər olacaq?
-
Nadir adlı reperlə işbirliyimiz var. Bir mahnı oxumuşam, oxumuşam
deməzdim, yəni danışmışam, söhbət etmişəm. Bu mahnı yenidir.
Yeniliklərim çoxdur, inşallah, həyata keçsin, xəbərdar edəcəm hər kəsi.
Lalə
Milli.Az