Fərid Məmmədov: "Mənim sevgilim..."
20 İyun 2013 16:53
"Eurovision-2013" mahnı müsabiqəsinin Azərbaycan təmsilçisi Fərid Məmmədov ANS TV-də canlı yayımlanan "Günəbaxan" verilişində qonaq olub.
Anspress-ə gələcək planları ilə bağlı açıqlama verən müğənni hazırda rusca və ingiliscə iki mahnı üzərində işlədiyini bildirib.
Fərid Məmmədov üzərində işlədiyi mahnılardan birinin musiqisini də özü yazıb. "K tebe" adlanan mahnının sözlərini isə Zəhra Bədəlbəyliyə aiddir. Fərid Məmmədov həmçinin sözləri Z. Bədəlbəyliyə aid olan digər bir mahnını da ifa edəcək.
İngiliscə səslənəcək bu musiqinin bəstəsi isə Fərid Məmmədova aiddir: "Bu mən Fərid yox, başqa Fəriddir. Həm mən Fərid Məmmədov, həm o Fərid bu mahnı üzərində işləmişik. Bir həftə ərzində onu bitirəcəyik. Eyni zamanda bu mahnıya klip də çəkilməsi nəzərdə tutulub".
"Eurovision" təmsilçimiz həm də sentyabrın ortalarında nəzərdə tutulan solo-konsert üzərində çalışır. Müğənninin sözlərinə görə, konsertdə həm Azərbaycan, həm də xarici mahnılar yer alacaq: "Məncə konsert maraqlı keçəcək. Biz hətta "Hold me" mahnısını orkestrlə ifa edəcəyik. Bir sözlə, teatral bir konsert planlaşdırılır."
Bu yaxınlarda sevgilisi olduğu bildiriliən qızla şəklinə gəlincə, Fərid Məmmədov bu mövzulardan qaçdığını və şəxsi həyatı ilə bağlı açıqlama vermədiyini bildirdi: "Mən bu barədə açıqlama vermirəm. Mənim sevgilim-filan yoxdur. Mən bu barədə danışmıram, heç yerdə mənin belə açıqlamamı görə bilməzsiniz. Şəxsi həyatım mənim özümə aiddir, istəyirəm ki, işlə yadda qalım. İstəyirəm ki, məni işimlə tanısınlar, necə ki, "Eurovision" mahnı müsabiqəsində çıxışımla yadda qaldım. Həyatda əsas istəyim çıxışlarıma layiqli qiymət verilməsidir".
Milli.Az