Soros Hindistana üz tutdu
24 Avqust 2010 19:18
Birləşmiş Ərəb Əmirliklərinin "Dubai Holdings" dövlət investisiya fondunun maliyyə strukturu olan "Dubai Financial"a hər səhm üçün 375-380 rupi (təqribən $8) ödənildiyi üçün sövdələşmənin ümumi məbləği $35 milyon olub.
Sorosun birjanın qiymətli kağızlarını satın almaq məqsədilə danışıqlar apardığı barədə ilk məlumat iyulda yayılmışdı. Milyarderin həmin vaxt yiyələnməyə çalışdığı payın dəyəri $40 milyondu.
1875-ci ildə yaradılmış Bombey Fond Birjası Asiyanın ən qocaman qiymətli kağız alveri məkanıdır. Hindistanın mövcud qanunvericiliyinə görə, xarici şirkətlər yerli fond birjalarının 5%-dək səhmlərini satın ala bilərlər.
Bombey Fond Birjasının səhmlərinin təxminən 30%-i carici investorlara məxsusdur.
Məsələn, "Deutsche Boerse" və Sinqapur Fond Birjasının hər birinin Bombey birjasında 5%-lik payı var.
/Ekspress/