Ən nazik smartfon göstərildi
20 İyun 2013 23:38
Milli.Az ICTnews-a istinadən bildirir ki, 2013-cü ilin yanvarında təqdim edilmiş Alcatel One Touch Idol Ultra aparatı bu göstərici üzrə əvvəlki rekordçu hesab edilirdi. Onun qalınlığı 6,45 millimetrdir.
Müqayisə üçün qeyd edək ki, iPhone 5 smartfonunun qalınlığı 7,6 millimetr, Galaxy S4-də 7,9 millimetr və HTC One-də 9,3 millimetrdir. Ascend P6 smartfonunun çəkisi 120 qramdır. O, 1280x720 nöqtə təsvir ölçülü 4.7 düymlük ekran, dördnüvəli prosessor və iki qiqabayt əməli yaddaşla təchiz edilib.
Daxili yaddaşın həcmi 8 QB-dır. Aparat, həmçinin ön paneldə 5 meqapiksellik kamera, microSD kartları üçün slotla təchiz edilib, Dolby Digital Plus səs sistemini və şirkətin Emotion UI proqram örtüyünü dəstəkləyir.
Adıçəkilən proqram örtüyü Android 4.2.2 əməliyyat sisteminin üzərinə quraşdırılıb. Ascend P6 smartfonu iyulda Avropada satışa çıxarılacaq və qiyməti 449 dollar olacaq. Smartfon mağazalara ağ, qara və çəhrayı korpuslarda tədarük ediləcək.
Huawei şirkəti ilin sonunadək aparatın LTE şəbəkələrini dəstəkləyən versiyasını çıxaracağına söz verib. Çinin Huawei şirkəti dünyanın ən böyük telekommunikasiya avadanlığı istehsalçısıdır.
Milli.Az