Videokameralarda boşluqlar tapıldı
21 İyun 2013 20:09
Milli.Az ICTnews-a istinadən bildirir ki, həmin boşluqlar sayəsində hakerlər kameralara qoşula və həbsxana, bank, sənaye müəssisələrini məsafədən izləyə bilərlər. Cisco Systems, D-Link və TRENDnet kimi ən böyük casus avadanlığı istehsalçılarının məhsullarında kritik boşluqlar aşkar edilib.
Bu, böyük təhlükədir. Daxili sistemə hücum həyata keçirmək üçün kimsə kameraya müdaxilə edə və ya ondan kompüter şəbəkəsinə giriş nöqtəsi kimi istifadə edə bilər - Xeffner xəbərdarlıq edib.
Məsələn, cinayətkarlar kameradakı təsviri dondura və nəzərə çarpmadan binanın içərisinə daxil ola bilərlər.
Kreyq Xeffner iyulun 27-dən avqustun 1-dək Las-Veqasda keçiriləcək Black Hat təhlükəsizlik konfransında kameralara müdaxilə metodlarını göstərəcəyinə söz verib
Bu vaxtadək o, kamera istehsalçıları ilə heç bir məlumat bölüşməyəcək. Black Hat 2013 konfransına kompüter təhlükəsizliyi sahəsində işləyən 6500 peşəkarın toplaşacağı gözlənilir və təxminən 100 insan çıxış edəcək.
Milli.Az