Stiv Cobs onu necə aldatmışdı?
19 İyun 2013 22:18
Milli.Az ICTnews-a istinadən bildirir ki, Stiv Cobs elektron plataların qurulmasını elə də yaxşı bacarmadığı üçün onunla birgə çalışan Stiv Voznyaka (Stiv Voznyak həm də Apple şirkətinin həmtəsisçilərindən biridir) təklif edir ki, əgər o da bu işə qol qoysa, qazanılan məbləği yarı bölərlər. Razılığa gələn dostlar 50 çip azaldılmış platanı sifarişçiyə təqdim edirlər.
Bu Atari şirkətinin rəhbərliyini sözün əsl mənasında təəccübləndirir. Çünki S.Voznyak elə bir sıx sxem yaratmışdı ki, həmin sxemi kütləvi istehsal zamanı yaratmaq qeyri-mümkün idi.
Məqam verilən pulun bölüşdürülməsinə gəldikdə, Stiv Cobs yaxın dostuna qarşı bir qədər simiclik edib.
O Voznyaka Atari-nin danışılan qədər deyil, cəmi 700 dollar verdiyini deyir. Əslində isə məbləğ 5000 dollar olur. Voznyak isə öz növbəsində bu puldan yalnız 350 dollarını götürür.
Milli.Az