Türkiyədə yeddi nəfər zəhərlənərək ölüb - YENİLƏNİB
18 İyun 2013 11:03
11:03
Milas rayonunun Güllük bölgəsində yerləşən sutəmizləmə stansiyasının
yeraltı anbarlarından birinə yığılmış çirkli, tullantı su olan 7 metr
dərinliyindəki hovuzun təmizlənməsi zamanı ora yığılmış metan qazı 7
nəfərin ölümünə səbəb olub.
Milli.Az DHA-ya istinadən bildirir
ki, yeraltı su anbarını təmizləmək üçün aşağı enmiş işçilərin saatlarla
yuxarı çıxmaması stansiya işçilərini təşvişə salıb.
Anbara bir neçə nəfər enib.
Nəticədə, yeraltı anbardakı metan qazından 7 nəfər zəhərlənərək ölüb.
--------
10:21
Bu barədə Trend çərşənbə axşamı "CNN Türk" telekanalına istinadən məlumat verir.
Telekanalın məlumatına görə, zəhərlənmə yaxınlıqdakı zavodların çirkab sularının axdığı nasos stansiyalarının birində baş verib. Stansiyada təmir işləri aparan işçilər metan qazı ilə nəfəs aldıqlarına görə zəhərləniblər.
Metandan zəhərlənən yeddi nəfərin hamısı yerləşdirildikləri xəstəxanalarda ölüb.
Fakt üzrə cinayət işi qaldırılıb, istintaq aparılır.
Milli.Az