Türkiyə qəzəblənib: Ərdoğana etiraz dalğası başlanır - YENİLƏNİB

17 İyun 2013 11:31
11:31

Milli.Az DHA-ya istinadən bildirir ki, Ankara, İstanbul, İzmir, İzmit, Trabzon və s. şəhərlərdə etiraz aksiyalarına yüz minlərlə insan çıxıb.

Həmkarlar təşkilatlarının rəhbərliyi yürüşlərdə 900 min nəfərin iştirak edəcəyini deyir.

TMMOB-un 430 min, KESK-in 230 min, DİSK-in 100 min, TTB-nin 90 min, TDB-nin isə 24 min üzvü var.

---------
10:50

Türkiyənin ən böyük həmkarlar təşkilatları arasında yer alan DİSK, KESK, TMMOB, TTB və TDHB bu gün yerli vaxtla saat 11-dən etibarən kütləvi etiraz yürüşlərinə başlamaq barədə birgə qərar qəbul ediblər.

MilliAz DHA-ya istinadən bildirir ki, "Kamu Emekçileri Sendikaları Konfederasyonu" (KESK), "Devrimci İşçi Sendikaları Konfederasyonu" (DİSK), "Türk Tabipler Birliği" (TTB), "Türk Mühendis ve Mimar Odaları Birliği" (TMMOB) və  "Türk Diş Hekimleri Birliği" (TDHB) təşkilatlarının birgə bəyanatına görə, etiraz aksiyalarında yüz minlərlə türkiyəli iştirak edəcək.

Aksiyalar artıq başlanıb. Türkiyənin müxtəlif şəhərlərində minlərlə türk meydanlara və küçələrə çıxmaqdadır.

Milli.Az