Papa baykerləri salamladı: "Tanrı sizi qorusun!" - FOTO

17 İyun 2013 09:43
Onlar "Harley-Davidson" brendinin 110 illik yubileyini qeyd etmək üçün Vatikana yığışmışdılar və katolik kilsəsinin başçısının xeyir-duasını gözləyirdilər.
Baykerlər gümanlarında yanılmadılar.

Milli.Az Mail Online-a istinadən bildirir ki, Roma Papası 1-ci Fransisk baykerləri salamladı, onlara xeyir-dua verərək "Tanrı sizi qorusun!" dedi.

Minlərlə motosikletli bayker "Evangelium Vitae" günü kilsədə dua edib.
Onlar meydanı nərə çəkən məkana çeviriblər.

Baykerlər pontifikə iki motosikl hədiyyə ediblər.
"Papamobil"də olan 1-ci Fransisk əlil baykerlərə yaxınlaşaraq, onları qucaqlayıb. Daha sonra isə o, baykerlərdən birinin balaca qızını qucağına alaraq, öpüb.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





























Fotolar: Mail Online