"Need for Speed" üçün Mustang - FOTO
15 İyun 2013 18:33
Milli.Az Auto.az-a istinadən bildirir ki, daha aqressiv ban dizaynı və modifikasiya edilmiş texniki düyünlər idman kupesinin fərqli cəhətləridir. Filmin süjetinə görə bu avtomobili Aarona Pola - Tobi Marşal sürəcək.
İlk şəkillərdən kinolent üçün hazırlanan "Ford Mustang"-ın özünə yenidən işlənmiş bamperlər və daha enli təkər yarımhalqaları, hava çıxışı üçün bir cüt qurğusu olan başqa kapot, 22-düymlük təkər diskləri və aşağı salınmış asılqan daxil edən yeni bodi-kitə malik olduğu məlumdur.
Banın eksklüziv boyanması, arxa qanadlardakı ventilyasiya dəlikləri sportkarın unikal üslubunu tamamlayacaq. Avtomobilin güc qurğusu barədə hələ ki, heç nə məlum deyil. Əsas kimi seriyalı "Ford Mustang GT500"-ün götürülməsi mümkündür. Onun 5,8-litrlik kompressorlu mühərriki 671 a.g. maksimal güc verir.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.