"Mançester Siti" qərarını verdi: Pelleqrini ilə davam edəcəklər

15 İyun 2013 12:45
"Malaqa" klubunun sabiq baş məşqçisi Luis Pelleqrini rəsmən "Mançester Siti"inin sükanı arxasına keçib.

Milli.Az sports-a istinadən xəbər verir ki, 59 yaşlı çilili mütəxəssis ilə 3 il komandanı hazırlaşdırmaq barədə razılıq əldə olunub.

Əlavə edək ki, Pelleqrini "River Pleyt", "Vilyarreal", "Real" Madrid və "Malaqa"nı çalışdırıb.

Baş məşqçi kimi Pelleqrini Ekvator çempionatı ilə Argentina çempionatının qalibi olub. Çili kubokunu və İntertotonu qazanıb.

Luiz Pelleqrini "Mançester Siti"yə may ayında qovulan Roberto Mançinin yerinə gəlib.

Tuncay Türbəndəzadə
Milli.Az