Ərdoğana 240 minlik xəbərdarlıq: "Müdaxilə olarsa..."
14 İyun 2013 10:26
Müraciətdə bildirilir ki, İstanbuldakı Gezi Parkı layihəsinə qarşı keçirilən etiraz aksiyaları ilə bağlı Taksim meydanına yığışmış insanlarla danışıqlar aparılmalıdır.
Milli.Az AHT-yə istinadən bildirir ki, KESK mitinq və etiraz aksiyalarındakı insanlara polis müdaxiləsi olarsa, ölkədə 240 min nəfərin işi dayandıraraq etiraz tətilinə başlayacağını bəyan edib.
"Daha çox gəlir əldə etmək üçün betonlaşdırılan İstanbulda yaşıl məkanlardan birinin məhv edilməsinə yol verməyəcəyik. Bəli, hər şey üç-dörd ağaca görə başlandı. Amma bu gün demokratik, azad Türkiyə tələbləri ağacın yaşıl budaqları kimi bütün Türkiyəni sarıb. İqtidardakı Ədalət və İnkişaf Partiyasının zülmünə qarşı birləşmiş milyonlarla insan bütün təzyiqlərə rəğmən təslim olmur, tələblərini irəli sürürlər", - müraciətdə deyilir.
Milli.Az