"Kurtlar Vadisi Fələstin”in neqativləri yandı - FOTOSESSİYA

23 Avqust 2010 12:28
Çəkilişləri Adanada aparılan layihənin iki günlük neqativləri laboratoriyada səhv maddələrlən istifadə olunması nəticəsində yanıb. Bu, "Panafilm"i ciddi maddi zərərə salıb. Laboratoriyanın məxsus olduğu "Sinefekt" şirkəti baş vermiş hadisəyə görə kimyəvi maddələri verən "Kodak"ı gunahlandırıb. "Kodak" isə bu ittihamları rədd edib.

Qeyd edək ki, "Kurtlar Vadisi Fələstin" filmi noyabrın 5-də 100-ə yaxın ölkədə nümayiş etdirilməlidir. Büdcəsi 10 milyon dollar olan filmdə Azərbaycan tamaşaçılarının da yaxşı tanıdığı Şaşmaz, Gürkan Uygun, Kenan Çoban, Erdal Beşikçioğlu, Nur Aysan kimi aktyorlar iştirak edirlər.

Milli.Az