Azərbaycanlı müğənni "karandaşlar" içində və "hindu" kimi at belində - FOTOSESSİYA
13 İyun 2013 14:33
Milli.Az xəbər verir ki, Azərbaycanda bir ilkə imza ataraq "Qaranlıq şahzadəsi" obrazında özünü sınamış tanınmış estrada müğənnisi Ayan Babakişiyeva fotosessiyanın ikinci hissəsini üzə çıxarıb.
Modelyer Şəlalə Maqsudova, make-up, stilist Sabina İmanova, fotoqraf Çingiz Seyfullayev, video-backstage - Fuad Seyfullayev, qrafist - Asif Bafoğlunun birgə ərsəyə gətirdiyi şəkillərdə Ayan rəngli karandaşlara sanki həyat verib.
Abstrakt təfəkkürün məhsulu olan fotoları müğənninin "hindu"ları xatırladan imicdə, özü də at belində çəkdirdiyi kadrlar tamamlayır.
Bir-birindən maraqlı şəkilləri ilk görən siz olun.
Şahin Cavadsoy
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.



























