Nəhəng, sirli layihə: Panama kanalının rəqibi olacaq - FOTO

12 İyun 2013 10:38
Ölkə Konqresinin infrastruktur komitəsi ölkə ərazisindən keçəcək və Atlantik ilə Sakit okeanları birləşdirəcək kanalın inşasını nəzərdə tutan layihəni təsdiqləyib.

Milli.Az Mail Online-a istinadən bildirir ki, kanalı Çinin "HK Nicaragua Canal Development Investment Co. Ltd." korporasiyası inşa edəcək.

Çinlilərin layihəsi Panama kanalının alternativi olmalıdır.
Layihə müəlliflərinin dediklərinə görə, kanal dünya dəniz daşımalarının 4,5 faizini cəlb etməklə yanaşı, Latın Amerikasının ən yoxsul ölkələrindən biri Nikaraquanın ümumdaxili məhsulunun həcmini təxminən iki dəfə artıra bilər.

Layihə ilə bağlı təfərrüatlar açıqlanmır. Belə ki, 40 milyard dollarlıq layihənin maliyyə mənbələri ilə yanaşı, Nikaraquanın bu layihədə payı bəlli deyil.

Təxminən 200 km uzunluğundakı kanalın inşası 11 il davam edə bilər.
İlkin məlumatlara görə, Çin korporasiyası kanalla bağlı 50 illik konsessiya alıb. Çinlilər bu müddəti sonradan 50 il də uzada bilərlər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.













Fotolar: Mail Online