Sərnişin avtovağzalda avtobusun altına düşüb

5 Fevral 2010 14:16
Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, fevralın 4-də saat 13.00 radələrində Cəlilabad rayon sakini Rahim Hüseynov, Ələkbər Quliyevin idarə etdiyi "İkarus" markalı avtobusun altında qalıb. Ağır xəsarətlə xəstəxanaya aparılan zərərçəkmiş orada ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb.


Milli.Az