Suares: "Ronaldu ilə bir oynamaq istərdim"
11 İyun 2013 16:36
Milli.Az sportnews-a istinadən xəbər veri ki, "Liverpul"un hücumçusu Luis Suares maraqlı açıqlamasıyla gündəmə gəlib: "Əlbəttə, Kriştianu Ronaldu ilə eyni komandada oynamaq istərdim. O, əla futbolçudu. Amma mən hələ ki "Liverpul"un oyunçusuyam. Hərçənd futbolda hər şey mümkündü. Sabah nəyin olacağını heç kim bilmir. İvanoviç? Bilirəm, səhv etmişdim. Amma həmin vaxt çox əsəbiydim. Hakim əllə oyuna görə penaltimizi verməmişdi. Hər halda, olanlara görə üzr istəmişəm".
Qeyd edək ki, son vaxtlar Suaresin "Real"a mümkün keçidi ilə bağlı şayiələr gəzməkdədir.
Milli.Az