Bakıda yay kafelərini niyə ləğv edirlər?

11 İyun 2013 13:22
Şahidlərin sözlərinə görə, bir neçə gün öncə Pizza Inn, Shaurma, Mado və digər kafelər sökülüb.

Milli.Az Day.Az saytına istinadən xəbər verir ki, "Эхо" qəzetinin əməkdaşı yay kafelərinin sökülməsinin səbəblərini öyrənmək üçün Bakı Şəhər İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti nəzdində Ticarət və reklam departamenti, Respublika Gigiena və Epidemiologiya Mərkəzi ilə əlaqə saxlayıb. Amma yuxarıda adları sadalanan qurumların heç birindən məlumat almaq mümkün olmayıb.

Nəsimi Rayon İcra Hakimiyyətindən isə bildiriblər ki, mərkəzi küçələrdə qanunsuz küçə ticarətinin qarşısının alınması barədə tədbirlər görülməsinin vacibliyi və günahkarların məsuliyyətə cəlb olunması barədə məktub hazırlanıb.

Milli.Az