Ərəb "demokratiyası": Twitter-dəki yazıya görə 11 il həbs aldı

11 İyun 2013 10:49
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, müəllim işləyən Huda əl Əjmi profilində Küveyt əmirini təhqir edən və "ölkədəki mövcud dövlət quruluşunu devirməyə çağıran yazı"ya görə cəzalandırılıb.

37 yaşlı müəllim habelə, əmir şeyx Sabah əl Əhməd Caber əl Sabahın "Konstitusiyaya zidd siyasət yürütdüyünü" də vurğulamaqda suçlanıb.

Daha iki nəfər isə Twitter-də "ölkədə kütləvi itaətsizlik və iğtişaşlara çağırış"larda suçlanaraq 5 il müddətinə azadlıqdan məhrum olunub.

Ötən ayda isə ölkə parlamentinin sabiq deputatı Musəlləm əl Bərrak əmiri "təhqir" etməkdə suçlanaraq 5 il həbs cəzası almışdı. O, Apellyasiya Məhkəməsinə müraciət edəndən sonra cəzası bir qədər yüngülləşdirilmişdi.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





Fotolar: Mail Online