Prezident İlham Əliyev bir sıra görüşlər keçirib - YENİLƏNİB - FOTO

10 İyun 2013 19:54
19:54

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Fələstin Dövlətinin xarici işlər naziri Riad Malkini qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Fələstin Dövləti arasında fəal əməkdaşlıq əlaqələrinin olduğunu qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyəsindən razılığını bildirən Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu dedi və biznes, sərmayə qoyuluşu sahəsində imkanların araşdırıldığını vurğuladı. Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın ölkəmizə səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın möhkəmləndirilməsi ilə bağlı vacib məsələlərin müzakirə edilməsinin önəmini diqqətə çatdırdı. Xalqlarımız arasında səmimi dostluq münasibətlərinin olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də Fələstinlə bağlı təşəbbüsləri dəstəkləməsinin əhəmiyyətini vurğuladı.

Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki ölkəsi ilə əməkdaşlığın genişləndirilməsinə dair fikirlərinə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. O, Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın məktubunu dövlətimizin başçısına təqdim etdi. Xarici işlər naziri Riad Malki məktubda Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın dövlətimizin başçısına salamlarının və BMT Baş Assambleyasında Fələstinin "qeyri-üzv müşahidəçi dövlət" kimi tanınması ilə bağlı keçirilən səsvermədə Azərbaycanın verdiyi dəstəyə görə minnətdarlığının yer aldığını dedi.

Dövlətimizin başçısı Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın məktubuna və salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fələstinin dövlət başçısına çatdırmağı xahiş etdi.

---------
18:31

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Mərakeş Krallığı arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu vurğuladı. Siyasi əlaqələrimizin səviyyəsinin razılıq doğurduğunu deyən Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə dəstək vermələrinin önəmini qeyd etdi. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı Mərakeş Krallığının islam işləri və vəqflər naziri Əhməd Toufiqin ölkəmizə səfərinin səmərəli olacağına ümidvar olduğunu bildirdi.

Qonaq Mərakeş Kralı VI Məhəmmədin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, turizm, mədəni, humanitar və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Mərakeş kralı VI Məhəmmədin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Mərakeş Kralına çatdırmağı xahiş etdi.

---------
18:19

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Gürcüstan hərbçilərinin Əfqanıstanda faciəli surətdə həlak olmaları ilə əlaqədar Gürcüstan rəhbərliyinə və Gürcüstan xalqına başsağlığı verdi.

Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidze başsağlığına görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Nazir Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Prezident İlham Əliyevin Gürcüstana və gürcü xalqına xeyirxah və səmimi münasibətini ölkəsinin Baş naziri tərəfindən yüksək qiymətləndirildiyini dedi. David Daraxvekidze Baş nazir  Bidzina İvanişvilinin, həmçinin son illər Azərbaycanın əldə etdiyi uğurları, şəxsən Prezident İlham Əliyevin Azərbaycan xalqının rifah halının yüksəldilməsi, xüsusilə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində gördüyü işləri də yüksək dəyərləndirdiyini qeyd etdi. O, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı Gürcüstanın Azərbaycanın təcrübəsindən faydalanmaq niyyətində olduğunu bildirdi.

Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin Azərbaycana səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı həmin səfər zamanı ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin, strateji tərəfdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğuladı. Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin problemlərinin həll ilə bağlı məsələlərin ölkəmiz üçün prioritet olduğunu dedi. Bu sahədə Azərbaycanın yaxşı təcrübəyə malik olduğunu qeyd edən dövlətimizin başçısı qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, onların maddi təminatı və cəmiyyətə inteqrasiya olunması istiqamətində böyük işlərin görüldüyünü və əldə olunan nəticələrin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək dəyərləndirildiyini diqqətə çatdırdı.

Dövlətimizin başçısı Gürcüstanın Baş naziri Bidzina İvanişvilinin salamlarına və ən xoş arzularına görə minnətdarlığını bildirdi, onun da salamlarını Gürcüstanın Baş nazirinə çatdırmağı xahiş etdi.

---------
18:10


AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Banqladeş Xalq Respublikasının xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Banqladeşin xarici işlər naziri Dipu Moni Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarını dövlətimizin başçısına çatdırdı. Xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olduğunu vurğulayan nazir bu əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu qeyd etdi.

Azərbaycan ilə Banqladeş arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu əlaqələrin iqtisadi əməkdaşlıq, birgə layihələr və digər sahələrdə də inkişaf etdirilməsinin önəmini qeyd etdi. Prezident İlham Əliyev Banqladeşin xarici işlər naziri Dipu Moninin ölkəmizə səfərinin bu sahədə əməkdaşlığımızın inkişafına xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Banqladeşin Prezidenti Abdul Həmidin və Baş nazir Şeyx Hasina Vazedin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Banqladeşin Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

---------
17:57

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi qəbul edib.

Belarus Respublikasının xarici işlər naziri Vladimir Makey ölkəmizə səfəri zamanı paytaxtımızda çox böyük inkişafın şahidi olduğunu dedi. Nazir ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi üçün bu səfərin yaxşı imkan yaratdığını bildirdi. Bakıya səfərinin ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılmasının 20 illik ildönümü ilə üst-üstə düşdüyünü deyən nazir bu münasibətlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun təbrik məktubunu və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladı. Dövlətimizin başçısı əlaqələrimizin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.

Dövlətimizin başçısı Belarus Prezidenti Aleksandr Lukaşenkonun məktubuna görə minnətdarlığını bildirdi, ən xoş arzularını Belarusun dövlət başçısına çatdırmağı xahiş etdi.

X X X

AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul edib.

Dövlətimizin başçısı Azərbaycan ilə Bosniya və Herseqovina arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Bakir İzetbeqoviçin ölkəmizə səfərini və səfər zamanı əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı aparılan müzakirələri məmnunluqla xatırladı. Dövlətimizin başçısı Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanın Azərbaycana səfərinin ikitərəfli əlaqələrimizin daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi.

Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiya Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Müstəqillik illərindən əvvəlki dövrlərdə də ölkələrimiz arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan nazir bu əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu vurğuladı.

Milli.Az

--------------
19:54

Böyütmək üçün şəkillərə klikləyin.

Azərbaycan Prezidenti İlham Əliyev Fələstinin xarici işlər naziri Riad Malkini qəbul etmişdir




-----------
19:09

Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin islam işləri və vəqflər naziri Əhməd Toufiqi qəbul etmişdir



Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın işğal olunmuş ərazilərdən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvekidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Respublikasının xarici işlər naziri Vladimir Makeyi qəbul etmişdir

 




Azərbaycan Prezidenti İlham Əliyev Banqladeşin xarici işlər naziri Dipu Moninin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir



Azərbaycan Prezidenti İlham Əliyev Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumçiyanı qəbul etmişdir

 

FOTO: AzəTAc