Rianna yaman hirslənib: "Sıx bunu..."

10 İyun 2013 13:21
Milli.Az TMZ-yə istinadən bildirir ki, brend 25 yaşlı müğənninin icazəsi olmadan onun fotoşəklindən istifadə edib.

"Topshop"da satışa çıxarılmış yeni maykalarda Riannanın baldırının fotosu və  "Squeeze This!" ("Sıx bunu!") yazısı var.
Maykanı alan ilk müştərilərdən biri Riannanın rəfiqəsi, supermodel Kara Deleveyn olub.

Karanın əynində maykanı görəndə Rianna çox sinirlənib və "Topshop"u məhkəməyə vermək qərarına gəlib.

Çünki brendin istifadə etdiyi fotoşəkil 2011-ci ildə Riannanın konsertlərindən birində fotoqraf Corc Çin tərəfindən çəkilib.
Rianna fotosundan icazəsiz istifadə olunduğunu, "Topshop" isə həmin fotonu satın aldığını deyir.

Milli.Az