Rusiya ordusu Qafqazda hərbi təlimlər keçirir
20 Avqust 2010 19:22
APA-nın Rusiya Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, təlimlər paralel olaraq Şimali Qafqaz Hərbi Dairəsinə daxil olan Dağıstan, Çeçenistan, Şimali Osetiya, Adıgey respublikaları, Krasnodar və Stavropol vilayətlərində keçirilir.
Şimali Qafqaz Hərbi Dairəsi komandanının mətbuat katibi Andrey Bobrun "Krasnaya Zvezda" qəzetinə bildirib ki, təlim tapşırıqları həm gündüz, həm də gecə saatlarında yerinə yetiriləcək. Təlim düşmənin kəşfiyyat-diversiya qruplarının yerinin radioəlaqələr əsasında təyin olunaraq məhvini əhatə edir.
Təlimdə müxtəlif çaplı artilleriya sistemləri, o cümlədən "Qrad", "Msta", "Akasiya", "Rapira" tank əleyhinə toplar, minaatanlar və D-30 haubitsaları, reaktiv yaylım atəş sistemlərindən istifadə olunur.
Milli.Az