Paytaxtda gənc oğlanı bıçaqladılar

10 İyun 2013 09:10
Ötən gecə paytaxtda gənc oğlanın qanı axıdılıb. Milli.Az Anspress-ə istinadən bildirir ki, Bakının Binəqədi rayonu ərazisində qeydə alınan hadisə zamanı 22 yaşlı Bağırlı Cəfər Razi oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

5-ə yaxın kəsilmiş-deşilmiş xəsarət alan yaralı dərhal 1 saylı Şəhər Xəstəxanasına aparılıb. Həkimlərin müxadiləsindən sonra onu həyatda saxlamaq mümkün olub.

Hadisənin təfərrüatlarını 4-cü Polis Bölməsinin əməkdaşları araşdırırlar. Hələlik bıçaqlanmanın kim tərəfindən və hansı şəraitdə törədildiyi məlum deyil.

Milli.Az