İspaniya yığmasında maraqlı olay

9 İyun 2013 14:57
İspaniya və Haiti milli komandaları arasında baş tutan yoxlama oyununda (2:1) maraqlı hadisə yaşanıb. Qol.Az-ın məlumatına görə, matç ərzində ispanların kapitanı dörd dəfə dəyişib.

İlk dəqiqədən kapitan İker Kasilyas olub. Amma fasilədə o, əvəzləndiyindən sarğı Fernando Torresə keçib. 59-cu dəqiqədə Torres Saldado ilə əvəzlənəndə kapitanlıq Andres İnyestaya keçib. 72-ci dəqiqədə Xuan Matanın əvəzinə meydana Xavi daxil olarakən İnyesta kapitanlıq sarğısını ola verib.

Milli.Az