Elxan Şirinov: "Elə bilirdim ki, ömrüm bitib"
9 İyun 2013 10:53
Azərbaycanın populyar müğənnisi Elxan Şirinov həyatını yenidən başlamaq, son illər başına gələnləri unutmaq istəyir. Milli.Az Day.Az-a istinadən bildirir ki, onun yeni mahnısı müğənnini bu qənaətə gətirib.
"Bu mahnının sayəsində anladım ki, gələcəyim, can ata biləcəyim bir məqsədim var. Onu ifa edərkən hiss elədim ki, yaradıcılığım hələ indi başlayır. İndiyədək elə bilirdim ki, ömrüm bitib, çünki hər şey çox dəhşətli idi. İndi başa düşürəm ki, həyat davam edir və mən irəli getməliyəm. Hətta qərara aldım ki, bundan sonra ritmik mahnılar da ifa edim", - müğənni "ATV-maqazin" verilişinin efirində deyib.
E.Şirinov əlavə edib ki, Heydər Əliyev Sarayında konsert verməyə hazırlaşır.
Milli.Az