Şəriətdəki misqal nədir?

9 İyun 2013 01:44
Milli.Az İslam.az-a istinadən bildirir ki, dini mənbələrdə misqalın ölçüsü barədə məlumatlar fərqlidir. Ensiklopediyada misqalın çəkisi 4,266 qram yazılıb. İslam tarixinin ilk əsrlərində 4,55 qram, daha sonra 4,25 qram misqal sayılıb. İran misqalı 4,3 qramdır.

Şəriət hökmlərində istifadə edilən şəri misqal (şəriət misqalı) məişətdə işlədilən ürfi (adi) misqalın dörddən-üçü (75 faizi) qədərdir.

Mənbələrdə ürfi misqalın 4,46 və ya 4,608 və yaxud 4,6875 qram olması bildirilir. Bu hesabla şəri misqal 3,34 və ya 3,46 və yaxud 3,52 qrama bərabər olar. Ayətullah Sistani bu məsələ ilə bağlı suala cavab olaraq bir şəri misqalın 3,51 qram olduğunu bildirir.

Milli.Az