"Əsas rəqibimiz Braziliya və İtaliyadır"

7 İyun 2013 16:47
Sabah Haiti yığması ilə yoldaşlıq görüşü keçirəcək İspaniya millisinin yarımmüdafiəçisi David Silva oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Silva Haiti ilə matçın onlar üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib:

"Yoldaşlıq görüşü olmasına baxmayaraq, Haiti ilə oyuna ciddi yanaşırıq. Ona görə də bu oyuna yaxşı hazırlaşmışıq. Rəqibimiz əks-hücumlarda olduqca təhlükəli oynayır. Ancaq biz də bütün görüşlərə qələbə üçün çıxırıq. İspaniya son dünya və Avropa çempionudur. Bu isə o deməkdir ki, biz Braziliyada keçiriləcək dünya çempionatının da əsas favoritiyik. Özümüzə rəqib kimi isə Braziliya və İtaliya yığmalarının adını çəkə bilərəm".

Qeyd edək ki, İspaniya - Haiti oyunu sabah, Bakı vaxtı ilə saat 01:00-da başlayacaq.

Milli.Az