İki kisə brilyant oğurladılar, qaça bilmədilər - FOTO
7 İyun 2013 10:48
Milli.Az Mail Online-a istinadən bildirir ki, "Selfridges" univermağındakı zərgərlik dükanlarından birinə soxulan iki qarətçi vitrini sındıraraq yüz minlərlə funt-sterlinq dəyərində zinət əşyalarını götürərək aradan çıxıb.
Onlar çantalarını doldurub dükandan çölə atılıblar və mopedə minərək aradan çıxmağa çalışıblar.
Qarətçilərin əllərindəki iki kisə brilyant və almazlarla bəzənmiş zinət əşyaları ilə dolu idi.
Fəqət dükanın qarşısındakı insanlar mopedin hərəkətinə mane olublar.
Qarətçilər yıxılanda isə onları tutublar və polis gələnə qədər buraxmayıblar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.
Fotolar: Mail Online