1980-ci ildə istehsal olunan "VAZ 2101" eBay-da satışa çıxarıldı - FOTO

6 İyun 2013 15:48
Amerika yollarında VAZ avtomobillərini görmək çox nadir haldır. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Amerikada VAZ avtomobilləri istehsal olunmayıb. Ora yalnız ayrı-ayrı adamlar belə avtomobilləri aparıblar.

eBay-da 1980-ci ilin "VAZ 2101" avtomobili satışa çıxarılıb. Elanı yerləşdirən şəxs deyir ki, maşın yaxşı vəziyyətdədir. Ona yaxşı baxılıb.

Qeyd edək ki, bu avtomobil 1,2 kub metr həcmli mühərriklə təmin olunub.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.