Dünyanın ən bahalı xalçası $34 milyona satıldı

6 İyun 2013 09:52
Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nyu-Yorkdakı Sotheby's hərracında həmin xalça $33,7 milyona satılıb.

Hərrac keçirilərkən anonim zəng həmin xalçanın taleyini həll edib.

"Mən xalçaya görə 10 milyondan 15 milyona qədər qiymət qoyulacağını güman edirdim", - Sotheby's hərracının baş məsləhətçisi deyib.

Qeyd edək ki, həmin xalça XX əsrin əvvəllərində Vaşinqtonun "Corcoran Gallery of Art" muzeyinə maqnat Uilyam Klark tərəfindən verilib.

Milli.Az