Moskva-Bakı marşrutu üzrə yeni aviareys açılıb

19 Avqust 2010 18:57
Uçuşlar hər həftənin II və IV günləri "Boeing 757-200" avialayneri ilə yerinə yetiriləcək. Moskvadan Bakıya uçuşlar "Domodedovo" hava limanından həyata keçirilir.

Qeyd edək ki, hazırda "VİM-Avia" şirkəti Moskva-Gəncə (həftədə 4 dəfə) və Moskva-Lənkəran (həftədə 2 dəfə) aviareysləri üzrə uçuşları yerinə yetirir.

Xatırladaq ki, hazırda Bakı-Moskva marşrutu üzrə uçuşları "Azərbaycan Hava Yolları", Rusiyanın "Aeroflot", "Utair", "Sibir" və "Ural Hava Yolları" həyata keçirir.

/APA/