Kapital Bankdan təqaüdçülərə "Qayğı krediti"

5 İyun 2013 10:00
Müştərilərinə daim qayğı ilə yanaşan Kapital Bank təqaüdçüləri də diqqətdən kənarda qoymur. Bank təqaüd kartı sahiblərinin arzu və istəklərini nəzərə alaraq onlar üçün "Qayğı" kreditini təqdim edib. Kreditin şərtləri çox sərfəli və asandır.

Kapital Banka məxsus təqaüd kartına sahib hər kəs bu kreditdən rahatlıqla faydalana bilər. Bunun üçün sadəcə, Bankın yaxınlıqdakı filialına müraciət etmək lazımdır. Kreditin məbləği 5000 manata qədərdir. 2000 manata qədər kredit üçün müddət 18 ay, 2001-5000 manatlıq kredit üçün 24 aydır. Arayışa və girova ehtiyac yoxdur. Sənədləşdirmə cəmi bir günə həyata keçirilir. Kredit nağd pulla verilir.

Kapital Bankın 196 nömrəli Müştəri Xidmətinə zəng etməklə əlavə məlumat almaq olar.