ARDNŞ Türkiyədə ən iri xarici investordur
4 İyun 2013 15:46
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkiyədə ən iri xarici investordur. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı "SOCAR Turkey Enerji"nin rəhbəri, "Petkim" neft-kimya holdinqinin idarə heyətinin üzvü Kənan Yavuz Bakıda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ARDNŞ-nin Türkiyədə həyata keçirilən layihələrə (Trans-Anadolu qaz kəməri layihəsi ilə birlikdə) yatıracağı investisiyaların həcmi 17 milyard dollar təşkil edəcək.
Yavuz qeyd edib ki, şirkət Türkiyədə iri layihələr həyata keçirir. Xüsusilə, may ayında Türkiyədə yeni neft emalı zavodunun tikintisi üzrə tenderin qalibi ilə müqavilə imzalanıb.
Zavodun tikintisi 50 ay ərzində başa çatmalıdır.
Milli.Az