Türkiyədə həyat dayanacaq

3 İyun 2013 20:58
Anspress xəbər verir ki, Türkiyədə Taksim hadisələrinə dəstək, hökumətə xəbərdarlıq etmək məqsədilə ölkənin əksər iş yerlərində tətil elan edilib. Məlumata görə, bir neçə həmkarlar ittifaqına üzv olan şirkətlərin 240 minə yaxın əməkdaşı 5 iyun tarixində işə çıxmayacaq.

Qərar "İctimai Zəhmətkeşlər Həmkarlar İttifaqı Şurası" (KESK), "İctimai İş Şurası" və s. bu kimi ittifaqlar tərəfindən qəbul edilib.

Milli.Az