Bu da yeni BMW X5 - FOTO
3 İyun 2013 18:20
İstehsalçı krossoverin müxtəlif versiyalarının komplektləşdiyi üç mühərrik haqqında məlumat verdi. Şildik "xDrive30d" 258 a.g. olan 6-silindrli turbodizelə "işarə edir". "xDrive50i" adı 450 a.g. verən V-şəkilli benzin "səkkizliyinə" (4,4 litr və iki turbin) uyğun gəlir.
Milli.Az Auto.az-a istinadən bildirir ki, hər iki mühərrik markanın pərəstişkarlarına yaxşı məlumdur, çünki onları bavariya markasının başqa modellərinin kapotlarında görmək olar. Budur, M50d versiya avtomobillərdə - debütant olacaq daha bir üçlitrlik dizel.
Bundan əlavə - bu müxtəlif ölçülü üç turbin ilə təchiz olunmuş ilk seriya mühərrikidir: belə qərar bütün dövr diapazonunda turboyükləyicinin təsirini təmin edir.
Faydalı iş əmsalını da hiss olunacaq dərəcədə artırmağa imkan verir: "xDrive30d"-də və "M50d"-də üçlitrlik turbodizellər yerləşib. İkincidəki birincidən 123 a.g. daha çoxdur.
Onun gücü 381 a.g.-nə çatır. Lakin əvvəlki kimi ən güclü və sürətli benzinlə işləyən X5-dir: "xDrive50i" versiyası 100-ə 5 saniyəyə sürət yığır, maksimal sürət 250 km/saatdır. X5 asılqan nöqteyi-nəzərdən də maraqlıdır: alıcı avtomobili sifariş edərkən dörd variantdan birini seçməlidir.
Əgər komfort əsas hesab edilirsə, "komfortlu" paket (adi yayların yerinə pnevmoelementlər quraşdırılıb) əldə etmək lazımdır, "peşəkar" paket "komfortlu" və "dinamik" paket arasında kompromis təşkil edir, sayca üçüncü "dinamik" isə "çevikliyi" xoşlayanlar üçün nəzərdə tutulub, onun əsas xüsusiyyətlərindən biri isə aktiv köndələn stabiliztorlardır (onlar hamar asfaltda daha etibarlı idarəetmə üçün "sıxılır" və kələ-kötür yolda daha çox rahatlıq üçün "boşalır").
Sayca dördüncü - M-paketdir: idarəetməni maksimal dərəcədə itiləmək məqsədi ilə asılqan çox sərt düzəldilib - bununla belə, adaptiv amortizatorar pis yolda avtmobilin sərnişinləri çalxalamayacağına zəmanət verir.
İnteryer əvvəlki nəsil X5-lə ünsiyyət təcrübəsi olanlara tanış gələcək.
Əlverişli seçimlərdən dördzonalı klimat-kontrol, arxa sərnişinlər üçün iki zərif monitoru olan əlavə multimedia sistemi və üçüncü sıra turacaqlar quraşdırmaq imkanını qeyd etmək olar.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.