Elton Con əri və uşaqları ilə istirahətdə - FOTO

3 İyun 2013 12:53
Milli.Az Mail Online-a istinadən bildirir ki, 2005-ci ildə rəsmi "nikah"a girərək "ailə" qurmuş Elton Con Devid Ferniş romantik istirahət üçün seçdikləri Venesiyada kater, qondola və yaxtada gəziblər.

66 yaşlı Elton Conun əynində "Adidas" idman kostyumu vardısa, 50 yaşlı Devid Ferniş şıq kostyumda idi.

Onların övladoları da qucaqlarında idi. Devid Ferniş 2 yaşlı balaca Zaxariyanı, Elton Con isə 4 aylıq İliyanı tutmuşdular.
40 illik musiqiçi karyerası ərzində 250 milyondan artıq albomu satılmış əfsanəvi müğənni və bəstəkar Elton Con "əri" ilə birlikdə çox bəxtəvər görünürdü.

Zaxariya və İliyanı ABŞ-ın Kaliforniya ştatında yaşayan surroqat ana doğub. O, süni mayalanma ilə hamilə qalmışdı.
"Həmin qadını bacımız kimi sevirik. Çox gözəl qadındır. Bizə iki övlad verdi. Biz də o qadının anonimliyini qoruyuruq", - Elton Con "Hello" jurnalına bildirib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





































Fotolar: Mail Online