Nigerin paytaxtında həbsxanaya hücum edildi

2 İyun 2013 18:39
APA-nın "BBC"yə istinadən verdiyi xəbərə görə, bu barədə Nigerin rəsmi qurumlarının məlumatında bildirilir.

Ölkənin ədliyyə naziri Maru Amadu "Frans Press" agentliyinə açıqlamasında bildirib ki, hücum nəticəsində iki mühafizəçi qətlə yetirilib. Həbsxananın ciddi mühafizəsinə baxmayaraq, silahlılar binaya keçə biliblər.

Xatırladaq ki, bir neçə gün əvvəl terrorçu-kamikadzelərin Aqadesadakı hərbi bazada və Fransa şirkətinin çalışdırdığı mədəndə törətdikləri partlayışlar nəticəsində 20 nəfər ölüb.

Milli.Az