Hacıqabul-Bəhrəmtəpə yolu üzərindəki körpü minik avtomobilləri üçün açılıb
18 Avqust 2010 15:40
Bu barədə 34 saylı yol istismar idarəsinin baş mühəndisi Xeyrulla Əzizov məlumat verib. Onun dediyinə görə, dünəndən körpünün üstündəki dəmir-beton plitələrin quraşdırılmasına start verilib. Artıq bu gün işlər yekunlaşıb.
Körpünün hər iki tərəfinə hündürlüyü nizamlayan 2,2 metr hündürlükdə məhdudiyyət tirləri (şlaqbaumlar) qoyulub. Bu da körpüdə yalnız mikroavtobusların, minik avtomobilləri və yüngül tonnajlı maşınların hərəkətinə imkan verəcək. Ağır tonnajlı yük avtomobilləri isə yenə də alternativ yoldan istifadə edəcək.
Qeyd edək ki, iyulun 30-da körpünün uçması nəticəsində avtomobillərin hərəkəti dayandırılmışdı.