Aygün Kazımova hamını aldatdı? - FOTO

31 May 2013 13:26
Azərbaycanı tərk etməyə qərar vermiş xalq artisti Aygün Kazımovadan daha bir təəssüfedici xəbər var. Anspress-in məlumatına görə, Kazımovanın amerikalı "duet ortağı" Snup Doqla İstanbulda konsert verəcəyi xəbərləri özünü doğrultmadı. Dünya ulduzu 7 iyulda BJK İnönü stadionunun səhnəsinə tək çıxacaq.

Türkiyə mediasının yaydığı xəbərlərdə hip-hop musiqisinin ən önəmli adlarından olan Snup Doqun (Snoop Dogg) "Vodafone İstanbul Calling Festivalı" çərçivəsində 7 iyulda Beşiktaş İnönü stadionunda konsert verəcəyi bildirilir. Snup Doqun sözügedən konsertinin afişasında Aygün Kazımovanın adı yoxdur. Konsertin Star TV-də gedən anonslarında da xalq artistimizin adı hallanmır.

Qeyd edək ki, İstanbul son günlər dünyaca məşhurların konsert proqramlarını təşkil edir. May ayının əvvəlində Castin Biberi qonaq edən İstanbul dünən Rihannanı qarşıladı. Amerikalı repçi Snup Doq isə iyulun 7-də istanbullular qarşısında çıxış edəcək.

Milli.Az

Böyütmək üçün şəklə klikləyin.