Tanınmış azərbaycanlı meyxanaçı bıçaqlandı? - YENİLƏNİB
30 May 2013 18:12
18:12
Ələkbər Yasamallı Anspress-ə açıqlamasında bıçaqlanması barədə məlumatı təkzib edib. O bildirib ki, hazırda şəhərdə maşın sürür və səhhətində heç bir problem yoxdur.
Ə.Yasamallının sözlərinə görə, dünən, həqiqətən də, onun iştirak etdiyi toyda dava düşüb: "Bu xəbəri kim yayıb, bilmirəm. Dünənki toyda dava-dalaş düşmüşdü. Düzdü, davanı mən salmamışam, amma yəqin buna görə kimsə götürüb özündən internetdə belə xəbər yayıb. Heç bir bıçaqlanma olmayıb. Mən elə bu gün də Əhmədlidə toyda olacağam".
-----------
16:39
Söyüşlü qafiyə üstündə bıçaqlanan Ələkbər Yasamallı özünü xəstəxanaya çatdıra bilib
Milli.Az Anspress-ə istinadən xəbər verir ki, hadisə toyda baş verib.
Meyxanaçı mayın 22-də Bakının Kürdəxanı qəsəbəsində digər meyxanaçı Emin Kürdəxanılının qardaşı Elçinintoyunda qonaq kimi iştirak edib. Ələkbər Yasamallı açılış meyxanası dedikdən sonra ondan yenə meyxana deməsi istənilib. Ancaq meyxanaçı bildirib ki, bu toyda qonaq kimi iştirak edir və başqa bir toya gedəcək.
Ondan əl çəkməyiblər. Həmin adamların bir neçəsi o qədər də məşhur olmayan meyxana deyənlər olublar. Bundan sonra Ələkbər Yasamallıya qarşı söyüşlü qafiyə açılıb və meyxanaçı onlara cavab verməyə məcbur olub. Demək olar ki, Ələkbər Yasamallı onları susdurub. Bu isə onların xoşuna gəlməyib. Həmin şəxslərdən biri üstündə gəzdirdiyi o qədər də böyük olmayan xəncəri çıxarıb Ələkbər Yasamallının qarnına soxub.
Meyxanaçı növbəti zərbələrdən özünü qorumaq üçün müqavimət göstərib və qaçıb dostunun maşınına minərək özünü xəstəxanaya çatdırıb.
Milli.Az