Dünyanın ən məşhur internet saytları açıqlandı

17 Avqust 2010 22:35
Rusiya mətbuatının verdiyi məlumata görə, reytinqdə birinci yerdə www.facebook.com sosial şəbəkəsi, ikinci yerdə - www.yahoo.com, üçüncü yerdə isə www.live.com saytları qərarlaşıb. Belə ki, təkcə "Facebook" istifadəçilərinin gündəlik sayı 80 mln. nəfərdən 220 mln. nəfərədək artıb. Bu isə dünya trafikinin 32,3%-i deməkdir. "Facebook"un gündəlik istifadəçilərinin sayı reytinqdə üçüncü yerdə qərarlaşan www.live.com saytının ziyarətçilərindən təxminən 3 dəfə və ya 150 mln. nəfər çoxdur.

Eyni zamanda, reytinqdə bir neçə populyar Rusiya saytları da (mail.ru, yandex.ru, vkontakte.ru, odnoklassniki.ru, rambler.ru və s.) yer alıb.

Qeyd edək ki, ümumiyyətlə, reytinqə 1 000 internet saytı daxil edilib.

/APA/