Cisco iki nəhəngə qarşı
29 May 2013 22:13
Milli.Az ICTnews-a istinadən bildirir ki, ekspertlər bu işin perspektivliyinə əmin deyillər. Cisco Lüksemburqda, ümumi yurisdiksiya məhkəməsini inandıra bilsə, Avropa Komissiyası de-fakto öz icazəsini ləğv edə bilər.
Müstəqil hüquqşünaslar deyirlər ki, Skype şirkətinin alınması ilə bağlı razılaşma istənilən halda ləğv edilə bilməz, lakin Brüssel softver nəhəngindən şirkətin alınması çərçivəsində kompensasiya tələb edə bilər. Cisco şirkəti sübutlarını İtaliyanın internet-telefoniya təchizatçısı Messagent SpA şirkəti ilə birgə təqdim edəcək. Tərəfdaşlar, 8,5 milyard dollar dəyərində olan razılaşma bəyənildikdən sonra buraxılan səhvlər haqda manifestlərini məhkəməyə təqdim edəcəklər.
Əsas diqqət Microsoft və Skype şirkətlərinin öz sahələri üzrə bazarın aparıcı oyunçu olduqlarına yetiriləcək və bunun rəqabət bazarının xeyrinə olmadığı bildiriləcək. Avropa Komissiyasının tarixində belə hallar olub ki, Brüssel geriyə çəkilib. Son belə hal 2002-ci ildə Sony Music və BMG Record şirkətlərinin birləşməsi zamanı müşahidə olunub. Microsoft öz növbəsində, Avropanın ali məhkəmə instansiyası olan Avropa məhkəməsinə apelyasiya verə bilər.
Milli.Az