Infiniti-də balaca krossover

29 May 2013 18:33
Bu şassi artıq yeni nəsil hetçbek A-Class və sedan CLA-nın yaradılmasında istifadə olunub. Sonra o, kompakt yolsuzluq avtomobili GLA-nın əsasını qoyacaq.
Bu barədə Motor Trend xəbər verir.

Milli.Az Auto.az-a istinadən bildirir ki, modelin dizaynı konsept-kar "Etherea"-nın slubunda hazırlanıb. Onu istehsalçının Sanderlenddəki britaniya zavodunda yığacaqlar. Şirkət ildə 60 min nüsxə "QX30" buraxmağı planlaşdırır. Yeni krossover haqqında heç bir yeni məlumat yoxdur. Güman edilir ki, o platformadan başqa Mercedes-Benz mühərrikləri də əldə edəcək.

Qammaya ikilitrlik turbolaşdırılmış benzin "dördlük", həmçinin sedan Q50-nin qammasında peyda olmuş 2,1 litrlik dizel daxil ola bilər. Həmçinin "Infiniti"-də elektrokar "Nissan Leaf"-in öz versiyalarını düzlətməyə ümid edirlər. Belə modelin indiki model sırasında olmaması, onunla izah olunur ki, onun üçün simsiz yükləmə sistemi hazırlayırlar.

Əvvəllər verilən məlumata görə, 2016-cı ildə "Infiniti"-də hibrid superkar meydana gələcək. Model ya akkumulyatorların yüklənməsi üçün məişət elektrik şəbəkəsinə qoşulmaq imkanı əldə edəcək, ya da onun daxili yanma mühərriki batareya ehtiyatını təchiz etmək üçün generator kimi istifadə olunacaq.

Milli.Az